İranın ABŞ ilə danışıqlar aparmaq niyyəti yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bunu İran İslam Respublikasının sabiq ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin köməkçisi Məhəmməd Muxbir “IRIB News”a müsahibəsində bildirib.
Muxbir qeyd edib ki, hazırkı şəraitdə Tehran Vaşinqtonla hər hansı danışıqlar aparmağı planlaşdırmır. Onun sözlərinə görə, İran rəhbərliyi ABŞ ilə münasibətlər məsələsində öz mövqeyini aydın şəkildə müəyyənləşdirib.
İran rəsmisi əlavə edib ki, ölkə mövcud siyasi kursunu davam etdirəcək və xarici təzyiqlər fonunda mövqeyindən geri çəkilməyi düşünmür.
Sara
NOCOMMENT.az










