Ruhəngiz Allahverdiyeva geyimi ilə bağlı sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərə cavablandırıb.
NOCOMMENT.az xəbər verir ki, Əməkdar artist "Xəzər axşamı" verilişində qırmızı rəngli, çiyinləri açıq libas və eyni rəngdə uzunboğaz çəkmələrlə efirə çıxıb.
70 yaşlı müğənninin seçdiyi obraz geniş müzakirələrə səbəb olub.
İstifadəçilərin bir qismi geyimin sənətçinin yaşına uyğun olmadığını bildirərək onu tənqid edib. Şərhlərdə "Bu yaşda belə geyim olmaz", "Yaşına yaraşdırmadım", "Zövqsüz seçimdir" kimi fikirlər səsləndirilib.
Veriliş zamanı səslənən iradlara münasibət bildirən Ruhəngiz Allahverdiyeva isə seçiminə haqq qazandırıb. O bildirib ki, bu tip geyimlər yeni deyil:
"Nənələrimiz də belə geyinirdi. Qalifə şalvar geyinirdilər, üstündən də tumanbağı olurdu".\\"Yeni Sabah"









