Rusiya çarəsiz durumda: kazaklar meydana çıxdı

Rusiya çarəsiz durumda: kazaklar meydana çıxdı

Rusiyanın Anapa şəhərində yanacaqdoldurma məntəqələrində vəziyyətə nəzarət gücləndirilib.

NOCOMMENT.az xəbər verir ki, Anapada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində növbələrə və ümumi vəziyyətə nəzarət etmək üçün şəhər administrasiyasının əməkdaşları, polis, kazak birlikləri, eləcə də idman və ictimai təşkilatlardan olan könüllülər növbətçiliyə başlayıblar.

Bildirilir ki, onlar növbələrə nəzarət edir, mümkün münaqişələrin qarşısını alır və yanacağın kanistrlərə doldurulmasına imkan vermirlər. Şəhər meriyası bu addımı yanacaqdoldurma məntəqələrinin işinin “sistemləşdirilməsi və optimallaşdırılması” kimi qiymətləndirib.

Meriya əlavə edib ki, regiondakı yanacaqdoldurma məntəqələrində vəziyyət daim nəzarətdə saxlanılır, avtomobillərin hərəkəti tənzimlənib və gözləmə müddətinin azaldılması istiqamətində tədbirlər görülür.

Kazak birliklərinin nümayəndələri isə bildiriblər: “Andımıza və pravoslav inancına sadiq qalaraq Vətənə xidmət edirik. Yanacaqdoldurma məntəqələrində insanlara istiqamət göstərir və münaqişələrin qarşısını almağa kömək edirik.”\\Musavat.com