İran-ABŞ/İsrail müharibəsi köçəri quşları məhv edir

İran-ABŞ/İsrail müharibəsi köçəri quşları məhv edir

Qətər Universitetinin ətraf mühit üzrə tədqiqatçı alimi Möhsün Yafi bölgədə artan gərginliyin ekoloji təsirlərinə diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, o, cənubda qışlayan və yazda şimala qayıdan köçəri quşların populyasiyasının hazırda ciddi risk altında olduğunu bildirib:

“Onlar yüzlərlə hərbi təyyarənin və raketlərin uçuşduğu Fars körfəzi və İran hava sahəsindən keçərək öz ənənəvi “yaylaqlarına” qayıdırlar.

Köçəri quşların İran hava məkanından keçərək ənənəvi marşrutlarla vətənlərinə qayıda bilməmələri ehtimalı var. Onların miqrasiya marşrutlarını dəyişdirməsi də ölümcül ola bilər – marşrutun uzanması səbəbindən yorulub köçü tamamlamaya bilərlər və bu problem quşların populyasiyasının azalması təhdidini də ortaya çıxarır”.