İran ABŞ-yə ultimatum verdi: "İsrailə təsir edin, əks halda..."

İran ABŞ-yə ultimatum verdi: "İsrailə təsir edin, əks halda..."

İran İslam Respublikası ABŞ-yə qarşı ciddi xəbərdarlıq edərək, İsrailin Livanın cənubuna endirdiyi zərbələrin dayandırılması üçün təcili tədbirlər görməyi tələb edib.

NOCOMMENT.az xarici mediaya, o cümlədən "Axios" nəşrinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçı İsrailin hərbi fəaliyyətini atəşkəs rejiminin kobud pozulması kimi qiymətləndirib. Rəsmi Tehran bildirib ki, əgər ABŞ İsrail rəhbərliyinə təsir göstərməzsə, bu həftə imzalanan qarşılıqlı anlaşma memorandumu ciddi təhlükə altına düşə bilər.

Qeyd edək ki, gərginliyə baxmayaraq, diplomatik proses davam edir. Hazırda İranın xarici işlər naziri Abbas Araqçı və parlamentin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyəti ABŞ rəsmiləri ilə danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb.

İran tərəfi bəyan edib ki, münaqişənin həlli üçün ABŞ-nin İsrail üzərindəki siyasi və hərbi təsir mexanizmlərini işə salması vacibdir. Diplomatik mənbələr bildirir ki, İsveçrədəki görüş razılaşmanın gələcək taleyi və regionda dayanıqlı sülhün bərqərar olması baxımından həlledici əhəmiyyət kəsb edir.

Əli Səfərli,

NOCOMMENT.az