İran-dan ABŞ və İsrailə ŞOK İTTİHAM

İran-dan ABŞ və İsrailə ŞOK İTTİHAM

İran ABŞ və İsraili ekoloji cinayətdə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Məhacirani ABŞ və İsrailin yanacaq infrastrukturu obyektlərinə endirdiyi zərbələrin Tehranda havanın keyfiyyətinin ciddi şəkildə pisləşməsinə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, bu hücumlar nəticəsində şəhərdə ekoloji vəziyyət ağırlaşıb və atmosferə zərərli maddələrin yayılması artıb.

Rəsmi nümayəndə qeyd edib ki, yanacaq və enerji obyektlərinin vurulması təkcə iqtisadi deyil, həm də ekoloji baxımdan ciddi nəticələr doğurur. O vurğulayıb ki, belə hücumlar ətraf mühitə zərər vurur və milyonlarla insanın sağlamlığı üçün təhlükə yaradır.

İran tərəfi hesab edir ki, enerji infrastrukturlarına qarşı həyata keçirilən bu cür hərbi əməliyyatlar beynəlxalq hüquq normalarına ziddir və ətraf mühitə qəsdən zərər vurulması kimi qiymətləndirilməlidir. Tehran beynəlxalq təşkilatları bu məsələni araşdırmağa və baş verənlərə hüquqi qiymət verməyə çağırıb.

Sara