İranda gizli kimyəvi zavod vuruldu

İranda gizli kimyəvi zavod vuruldu

İsrail İranda gizli kimyəvi zavoda zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, İsrail kəşfiyyatının məlumatına görə, İranda fəaliyyət göstərən “Tofiq Daru” şirkəti sistemli şəkildə fentanıl da daxil olmaqla müxtəlif kimyəvi maddələrin bu ölkənin Müdafiə İnnovasiyaları və Araşdırmalar Təşkilatına (SPND) ötürülməsini təmin edib. Bu səbəbdən sözügedən müəssisə ordunun hədəfinə çevrilib.

İddialara görə, mülki təyinatlı zavod əslində İranın kimyəvi silah hazırlaması üçün gizli bir örtük rolunu oynayıb. İsrail tərəfi bu obyektin hərbi məqsədlər üçün istifadə edildiyini və regional təhlükəsizliyə təhdid yaratdığını əsas gətirərək zavoda zərbələr endirib.

Hazırda hadisənin nəticələri və İranın buna verəcəyi mümkün reaksiya beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Sara
NOCOMMENT.az