İranda internet nə vaxt bərpa olunacaq?

İranda internet nə vaxt bərpa olunacaq?

İran hökuməti internetə çıxışı 23 yanvar cümə gününə qədər tam bərpa edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın elm və texnologiya üzrə vitse-prezidenti Hüseyn Afşin bildirib.

“İnternet bu gün, sabah və ya həftənin sonuna (İran təqviminə görə 23 yanvar – red.) qədər bərpa edilə bilər”, – deyə Afşin söyləyib. 

Qeyd edək ki, bir gün əvvəl İranda baş verən son etirazlar və iğtişaşlar səbəbindən bloklanan internetə çıxış İran paytaxtında bərpa edilib. /Unikal/