Ölən dostlarının adını belə yaşadır - Foto

Ölən dostlarının adını belə yaşadır - Foto

Türkiyənin məşhur müğənni və bəstəkarı Sezen Aksu illərdir vəfat edən yaxın dostlarının xatirəsini təbiətdə yaşadır. Səhnədən uzaq həyat sürən sənətçinin təşəbbüsü ilə 10 fərqli bölgədə yaradılan xatirə meşələrində 50 mindən çox ağac əkilib.

NO COMMENT.az xəbər verir ki, S.Aksu bu dəfə 2023-cü ildə dünyasını dəyişən musiqiçi Özkan Uğur və 2025-ci ildə vəfat edən siyasətçi-yazıçı Sırrı Süreyya Önderin xatirəsinə ağac bağışlayıb.

TEMA Vakfı tərəfindən yaradılan xatirə meşələrində hər iki sənət adamının adına 5 min olmaqla ümumilikdə 10 min ağac əkilib.

Sezen Aksunun xatirə meşələri yaratmaq ənənəsi illər əvvəldən başlayır. Sənətçi 2008-ci ildə Antalya bölgəsində Onno Tunç, Şerif Yüzbaşıoğlu və Uzay Heparının xatirəsinə 4 min ağac bağışlayıb.

Daha sonra Aysel Gürel, Adilə Naşit, Meral Okay, Atilla Özdemiroğlu, Oğuz Aral, Pakize Suda və digər tanınmış simaların xatirəsinə müxtəlif bölgələrdə minlərlə ağac əkilməsinə dəstək verib.

Aksunun ianələri ilə Antalya, Balıkesir, Denizli, Tekirdağ və digər bölgələrdə yaradılan xatirə meşələri həm mərhum sənət adamlarının adlarını yaşadır, həm də gələcək nəsillər üçün yaşıl miras yaradır.