Günay Malikqızı AÇIQLAMA VERDİ

Günay Malikqızı AÇIQLAMA VERDİ

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində fəaliyyət göstərən tanınmış jurnalist Günay Malikqızı işindən ayrılıb.

NOCOMMENT.az-a açıqlama verən jurnalist Günay Malikqızı bildirib ki, işdən ayrılması ailə vəziyyəti ilə bağlıdır.

“Övladım xaricdə təhsil alırdı, artıq təhsilini başa vuraraq Bakıya qayıdıb. Həyat yoldaşım isə “Təhsil TV”yə direktor təyin olunub. Bu səbəbdən Naxçıvanda qalıb fəaliyyətimi davam etdirmək mənim üçün çətin idi. Buna görə də tutduğum vəzifədən ayrılmaq qərarı verdim”, – deyə o bildirib.

Qeyd edək ki, Günay Malikqızının həyat yoldaşı Bəhruz Nəzərov bir müddət əvvəl “Təhsil TV”nin direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, jurnalist Günay Malikqızının işdən ayrılma xəbərini ilk dəfə Manşet.az saytı dərc edib.

Gülər