İranın cənub bölgəsində həyata keçirilən hücum nəticəsində beş ibtidai sinif şagirdi həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə IRNA agentliyi xəbər yayıb.
Hadisənin hansı şəhərdə baş verdiyi və hücumun detalları ilə bağlı əlavə məlumat hələ açıqlanmayıb.
ilkin məlumatlara əsasən, zərbə yaşayış məntəqəsinə endirilib və nəticədə mülki şəxslər arasında itkilər qeydə alınıb. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmaların aparıldığını bildirir.
Regionda davam edən hərbi qarşıdurma fonunda mülki əhali arasında itkilərin artması beynəlxalq ictimaiyyətin narahatlığını daha da gücləndirib.
Aliyə
NOCOMMENT.az











