İsrailin ABŞ-nin çağırışlarına uyğun olaraq İranın enerji infrastrukturuna endirilən hava zərbələrini dayandırmağa hazırlaşdığı iddia edilir.
NOCOMMENT.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Vaşinqton Tehranla apardığı gizli danışıqlar barədə İsraili əvvəlcədən məlumatlandırıb.
İsrail Baş nazirinin ofisi bu məlumatları şərh etməkdən imtina etsə də, ordunun (ÇAXAL) mətbuat xidməti Tehrandakı infrastruktur obyektlərinə qarşı yeni hava hücumları dalğasının başladığını bəyan edib. Lakin konkret hansı hədəflərin vurulduğu açıqlanmır.
İsrail mediası isə daha maraqlı bir iddia ilə çıxış edib. Məlumata görə, ABŞ və İran arasındakı gərginliyi azaltmaq üçün aparılan danışıqlarda Türkiyə, Misir və Pakistan vasitəçilik edir.
Bu ölkələrin bölgədə genişmiqyaslı müharibənin qarşısını almaq üçün diplomatik təzyiqləri artırdığı bildirilir.
Sara,
NOCOMMENT.az












