Əhali Moskvadan QAÇIR: Rusiya TƏSLİM OLACAQ?

Əhali Moskvadan QAÇIR: Rusiya TƏSLİM OLACAQ?

"Bütün müharibələrin bir sonluğu olur. Zənnimcə Rusiya-Ukrayna müharibəsində də artıq hər şey sona doğru, hətta finişə yaxınlaşmaqdadır".

NOCOMMENT.az xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində politoloq, professor Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bəzi ekspertlər Rusiyanın tamamilə təslimiyyətindən və Ukraynanın tam qələbəsindən danışırlar:

"Çoxları deyir ki, Rusiya üzərində qələbə qazanmağa elə də bir şey qalmayıb. Çünki Rusiya tamamilə tükənməkdədir, Ukrayna isə güclənir. Müharibənin müxtəlif fazaları var. Bu fazaların bir neçəsini Ukrayna udub. Ukrayna əvvəl strateji təşəbbüsü ələ aldı, taktiki üstünlüyü ələ keçirdi. Daha sonra müxtəlif pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın dərinliklərinə öldürücü zərbələr endirdi. Moskva sıradan çıxarılıb, çox amansız zərbələr endirilib".

Professor qeyd edib ki, Moskvadan əhali qaçır və paytaxtda bir çox fabrik-zavodlar, müəssisələr elə bil qəsdən məhz Kremlinin 17 kilometrliyində partladılıb:

"Üstəlik, Ukrayna müharibənin yeni mərhələyə keçəcəyini bəyan edib. Bu yeni mərhələ artıq dronlar mərhələsi olmayacaq. Bu yeni mərhələ müxtəlif növlü hücum aparatlarının, daha uzaq məsafəyə uçan ballistik raketlərin tətbiq edilməsi ilə həyata keçiriləcək. Söhbət 3000 kilometrə qədər uça bilən raketlərdən gedir. Ukraynaya neçə kilometrlik raketin lazım olması müharibənin taktikasından asılıdır. Belə məlumat var ki, Ukraynanın "Flamingo" adlanan, 3000 kilometr uçan ballistik raketlərindən ilk dəfə 10 ədədi hazır idi. İndi isə 30-dan artıq ballistik raket uçuşa və zərbə endirməyə tam hazır vəziyyətdədir".