Türkiyə Rusiya və Ukraynaya danışıqların bərpası üçün yeni təklif irəli sürdü

Türkiyə Rusiya və Ukraynaya danışıqların bərpası üçün yeni təklif irəli sürdü

Türkiyə Rusiya-Ukrayna müharibəsinin beynəlxalq hüquq çərçivəsində və dialoq yolu ilə ən qısa zamanda başa çatmasını arzulayır. Türkiyənin xarici işlər naziri bildirib ki, hazırkı mərhələdə diplomatik prosesdə durğunluq müşahidə olunur, döyüş əməliyyatları sürətlənib və tərəflər hərbi nailiyyətlər əldə etməyə kökləniblər.

NOCOMMENT.az xəbər verir ki, nazir diplomatik prosesin sürətlə aktivləşdirilməsinin vacibliyini vurğulayaraq, Türkiyənin bu məqsədlə danışıqlar meydançası təqdim etməyə hazır olduğunu bəyan edib. O, tərəflərə çatdırdıqları kimi, dünya ictimaiyyətinə də müraciət edərək Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən Türkiyədə bir masa arxasında toplamağa hazır olduqlarını bir daha qeyd edib.

Sara,

NOCOMMENT.az