CNN-ə danışan İsrail mənbələri bu gün həyata keçirilən zərbələrin yüksək rütbəli iranlı rəsmilərə qarşı yönəldiyini bildiriblər.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, hədəflər sırasında İranın ali rəhbəri Əli Xamenei, prezident Məsud Pezeşkian, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Abdolrahim Musəvi, Müdafiə Şurasının katibi Əli Şamxani və Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani yer alıb.
Əməliyyatın nəticələri və sözügedən şəxslərin taleyi ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.
Mənbələr məlumatın İsrail tərəfinin açıqlamalarına əsaslandığını qeyd edir.
Aliyə
NOCOMMENT.az











