İsrailin DƏHŞƏTLİ BOMBANI ilk dəfə YAYIMLANDI – Görün nələrə malikdir -FOTO

İsrailin DƏHŞƏTLİ BOMBANI ilk dəfə YAYIMLANDI – Görün nələrə malikdir -FOTO

İsrailin “F-16” qırıcısı naməlum “JDAM” tipli dəqiq sursatla görüntülənib.

NOCOMMENT.az xəbər verir ki, İsrail qırıcı təyyarəsinin üzərində naməlum modifikasiyaya malik dəqiq idarə olunan bomba müşahidə edilib. Ekspertlərin fikrincə, bu silah “Joint Direct Attack Munition” (JDAM) sisteminin qeyri-adi variantı ola bilər.

Qeyd edək ki, bombanın üzərindəki xüsusi işarələr və rəngləmə onun standart döyüş başlığından fərqli olduğunu göstərir. Bəzi mütəxəssislər bunun yanıcı (incendiary) döyüş başlığına malik versiya ola biləcəyini ehtimal edirlər.

Bu tip döyüş başlıqları geniş ərazidə yanğın yaratmaq və müəyyən növ hədəflərə qarşı daha güclü təsir göstərmək üçün istifadə olunur.

Məlumat üçün bildirək ki, “JDAM” əslində ayrıca bomba deyil. Bu, adi sərbəst düşən bombalara quraşdırılan və onları GPS və inertial naviqasiya vasitəsilə idarə olunan yüksək dəqiqlikli silaha çevirən xüsusi idarəetmə dəstidir.

Bu sistem sayəsində bombalar hədəfi çox yüksək dəqiqliklə vurmaq imkanına malik olur. Bundan başqa, qeyd edilib ki, bu bomba ilk dəfə İrana zərbə endirmək üçün istifadə ediləcək.