Kiyevdə yenidən partlayışlar: paytaxtda hava həyəcanı elan edildi

Kiyevdə yenidən partlayışlar: paytaxtda hava həyəcanı elan edildi

Ukraynanın paytaxtı Kiyevdə iyulun 8-i səhər saatlarında yenidən partlayış səsləri eşidilib.

NOCOMMENT.az xəbər verir ki, bu, şəhərdə qısa müddət ərzində qeydə alınan ikinci partlayış olub.

İlkin məlumata görə, partlayışlardan əvvəl şəhərdə hava həyəcanı siqnalı verilib. Yerli hakimiyyət orqanları sakinləri təhlükəsizlik məqsədilə sığınacaqlarda qalmağa çağırıb.

Hadisənin səbəbi, eləcə də mümkün dağıntılar və xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Məlumatın dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Turan
NOCOMMENT.az