Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Hörmüz boğazının açılması və ya azad edilməsi ilə bağlı hərbi əməliyyatlarda iştirak etməyəcəyini qəti şəkildə bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, Makron bildirib ki, Fransa tərəflər arasında gedən münaqişənin iştirakçısı deyil və bu səbəbdən mövcud kontekstdə belə bir addım atmayacaq. “Biz münaqişə tərəfi deyilik, buna görə də Fransa heç vaxt indiki şəraitdə Hörmüz boğazının açılması və ya azad edilməsi əməliyyatlarında iştirak etməyəcək”, — deyə Fransa lideri vurğulayıb.
Buna baxmayaraq, prezident Fransanın ticarət gəmilərini müşayiət etmək üçün xüsusi əməliyyatlar hazırladığını təsdiqləyib. Lakin bu missiya yalnız hərbi əməliyyatlar tam dayandırıldıqdan sonra fəaliyyətə başlayacaq. ABŞ Prezidenti Donald Tramp isə avropalı müttəfiqlərin mövqeyini şərh edərkən Makronun kömək etməyə hazırlığını “10-dan 8 bal” səviyyəsində qiymətləndirib. Bununla belə, Tramp ABŞ-nin dünyanın ən güclü ordusuna sahib olduğunu və əslində “heç kimə ehtiyac duymadıqlarını” xüsusi olaraq vurğulayıb.
Sara,
NOCOMMENT.az











