Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır

Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır

Rusiya 2022-ci ildə İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, İstanbul razılaşmalarından yayınmaq üçün heç bir səbəb görmədiyini bildirib.

Putin İstanbul və Ankoric prinsiplərini, yerdəki reallıqları və 2024-cü ildə Xarici İşlər Nazirliyindəki çıxışını danışıqlar üçün Rusiyanın mövqeyi kimi qeyd edib.

O vurğulayıb ki, Ukraynanın Rusiyaya qarşı hava hücumları cəbhədəki vəziyyətə təsir göstərə bilmir, çünki Rusiya qüvvələri bir-birinin ardınca yaşayış məntəqələrini azad edir: "Kiyev yalnız güclü danışıqlar mövqeyi təəssüratı yaratmağa çalışır. Döyüş meydanındakı reallıqlar tamamilə fərqlidir". (APA)