"Zirə" yeni transferini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, qəsəbə təmsilçisi “Turan Tovuz”dan ayrılan Ayxan Hüseynovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hüseynovla 2 illik müqavilə imzalanıb.
26 yaşlı futbolçu karyerası ərzində "Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Olimp”, “Ximki” və "Turan Tovuz” klublarında çıxış edib.











