Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan NOCPMMENT.az-a bildirilib ki, tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.
Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.











