İranın keçmiş ali rəhbəri Ayətullah Xameneinin qisasısının alınması fonunda İran İsrailin Baş naziri Benyamin Netanyahunu hədəf ala bilər. Bu haqda ehtimallar tez-tez səsləndirilir. Hətta Netanyahunun artıq öldürülməsi haqda məlumatlar da dolaşır.
Məsələni NOCOMMENT.az-a şərh edən Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, hər halda belə ehtimallar mövcuddur:
“Lakin bu ehtimalların reallıq payının nə qədər olduğu ayrıca müzakirə mövzusudur. İranda kəşfiyyat sisteminin vəziyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir və rejimə qarşı ciddi narazılıq göstərən insanların çox olduğu da məlumdur. Hətta İran cəmiyyətinin əhəmiyyətli hissəsinin hakimiyyətə tənqidi mövqedə olduğu bildirilir. Belə şəraitdə kəşfiyyat məlumatlarının sızması ehtimalının artdığı barədə fikirlər də səsləndirilir”.

Onun sözlərinə görə, məlumatların sızması riski mövcuddur, lakin İsraildə vəziyyət tam fərqlidir:
“Bəs İsraildə vəziyyət də eynidirmi? Üstəlik, bu ölkənin təhlükəsizlik və kəşfiyyat sisteminin gücü də məlumdur. Bu baxımdan məsələyə eyni prizmadan yanaşmaq və hər iki ölkə üçün eyni nəticəyə gəlmək çətin görünür”.
Tunar
NOCOMMENT.az












