“Qarabağ” Macarıstanın ZTE klubundan mərkəz müdafiəçisi Bense Varkonini transfer edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə tanınmış insayder Saşa Tavolieri özünün “X” hesabında məlumat yayıb.
Məlumata görə, transferin dəyəri təxminən 1 milyon avro təşkil edir. 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisinin Azərbaycan klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.
İnsayder qeyd edib ki, Bense Varkoni ZTE klubunun əsas heyət oyunçularından biri olub və karyerasında növbəti addımı məhz “Qarabağ”a keçməklə atır.











