Netanyahu Laricaninin məhvini təsdiqlədi: “İran xalqına şans veririk”

Netanyahu Laricaninin məhvini təsdiqlədi: “İran xalqına şans veririk”

İsrailin Baş naziri Benyamin Netanyahu yaydığı video müraciətdə mühüm bəyanatlarla çıxış edib. Baş nazir çıxışı zamanı Laricaninin məhv edildiyini rəsmən təsdiqləyib və qarşıda hələ “çoxlu sürprizlərin” olduğunu vəd edib.

NOCOMMENT.az xəbər verir ki, Netanyahu İsrailin İran rejiminə qarşı həyata keçirdiyi əməliyyatların məqsədini də açıqlayıb: “Biz bu rejimi sarsıdırıq ki, İran xalqına ondan azad olmaq imkanı yaradaq. Bu, dərhal baş verməyəcək və asan olmayacaq. Lakin biz israrlı olsaq, onlara öz taleyini öz əllərinə almaq şansı verəcəyik”, — deyə İsrail hökumətinin başçısı vurğulayıb.

Sara
NOCOMMENT.az