Yeni 100 manatlıq belə olacaq: BU GÜNDƏN... - FOTO

Yeni 100 manatlıq belə olacaq: BU GÜNDƏN... - FOTO

Bu gündən yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxılır.

NOCOMMENT.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, yenilənmiş pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Flow Prime" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən "Manat" simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə məhdudiyyətli olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə problemi olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, onlara toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Yenilənmiş 100 manatın üzərində - ön tərəfdə, sol yuxarı küncdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub.

Bildirilib ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.