Övladları dəfnə gəlmədi - Səbəb

Övladları dəfnə gəlmədi - Səbəb

İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimləri ilə bağlı ölkədə geniş tədbirlər planlaşdırılıb. Məlum olduğu kimi, Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin birgə hava zərbələri nəticəsində həlak olub.

NOCOMMENT.az xəbər verir ki, döyüş əməliyyatları və təhlükəsizlik riskləri səbəbindən onun dəfn prosesi dörd ay təxirə salınıb və tərəflər arasında münaqişənin nizamlanmasına dair imzalanan memoranduma əsasən, iyul ayında keçirilməsinə qərar verilib.

Dəfn mərasimi iyulun 4–9-u tarixlərində Tehran, Qum və Məşhəd şəhərlərində təşkil olunacaq. Rəsmi məlumatlara görə, təhlükəsizlik tədbirləri çərçivəsində iyulun 6-sı Tehran üzərində hava məkanı tamamilə bağlanacaq, həmçinin İmam Xomeyni və Mehrabad beynəlxalq hava limanlarının fəaliyyətinin məhdudlaşdırılması planlaşdırılır.

Ailə üzvlərinin mərasimdə iştirakı ilə bağlı yayılan məlumatlara gəlincə, rəsmi mənbələr hələlik Xameneinin övladlarının və digər ailə üzvlərinin ictimaiyyət qarşısında görünməsi və ya rəsmi şəkildə iştirakı barədə detallı açıqlama verməyiblər.