Hikmət Hacıyev Ceffri Saksla görüşdü

Hikmət Hacıyev Ceffri Saksla görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi X hesabında yazıb.

"Bakıya səfəri çərçivəsində dünya şöhrətli iqtisadiyyat professoru Ceffri Saksla məhsuldar görüş keçirdim. Biz dayanıqlı inkişaf, geosiyasət və geoiqtisadiyyat məsələləri üzrə fikir mübadiləsi apardıq, həmçinin Böyük Xəzər regionu konsepsiyasını, Azərbaycanın orta güc kimi artan rolunu, sülh gündəliyimizi və regional məsuliyyətin əhəmiyyətini müzakirə etdik.

Onun Şərq-Qərb marşrutu üzrə elektromobillərlə səyahəti nəzərdə tutan "Marco Polo – Drive of Peace" adlı təşəbbüsü dialoqun və qarşılıqlı əlaqələrin təşviqi baxımından ilhamverici nümunədir", – deyə paylaşımda bildirilir.