BMT binası qarşısında özünü YANDIRDI - DƏHŞƏTLİ görüntülər

BMT binası qarşısında özünü YANDIRDI - DƏHŞƏTLİ görüntülər

ABŞ-da yaşayan tibetli fəal və "Uber" sürücüsü Lobqa Rangzen Nyu-Yorkda BMT-nin baş qərargahı qarşısında özünü yandıraraq həyatına son qoyub.

NOCOMMENT.az xəbər verir ki, beynəlxalq media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, o, bu aksiya ilə Çinin "etnik həmrəylik" haqqında yeni qanununa etirazını bildirib və Tibetin müstəqilliyini tələb edib.

Qeyd olunur ki, 2009-cu ildən bəri Çin hökumətinin Tibet və Sincanda apardığı siyasətə etiraz olaraq 150-dən çox tibetli özünü yandırma aksiyası həyata keçirib. Yayılmış xəbərlərə baxmayaraq, hadisənin bütün təfərrüatlarının müstəqil mənbələr tərəfindən hələlik tam təsdiqlənmədiyi bildirilir.