Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyi ölkənin Avropada vahid ödənişlər məkanına (SEPA) qoşulmaq niyyətində olduğunu rəsmən açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, qurumdan verilən məlumata görə, SEPA-ya üzv olmaq beynəlxalq ödənişləri daha ucuz və sürətli etməklə yanaşı, həm biznes, həm də vətəndaşlar üçün əməliyyatların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq.
Niyyət məktubu Türkiyə ilə Avropa İttifaqı arasında keçirilən yüksək səviyyəli İqtisadi Dialoq iclası zamanı təqdim edilib. Qeyd edək ki, hazırda SEPA-da Avropa İttifaqına üzv olan 27 ölkə də daxil olmaqla, 40-dan çox dövlət birləşib. Türkiyə isə 1999-cu ildən Aİ-yə üzvlük üçün namizəd ölkə statusunu daşıyır.
Sara, NOCOMMENT.az











