Putin baş bankiri “VURDU” – Müəmma

Putin baş bankiri “VURDU” – Müəmma

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın adı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (PMEF) proqramından müəmmalı şəkildə çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə əvvəlcə “Frank Media” saytı məlumat yayıb, daha sonra məlumatı Mərkəzi Banka yaxın mənbələr də təsdiqləyib.

İlkin proqrama əsasən, Nabiullina iyunun 4-də keçiriləcək iki mühüm sessiyada iştirak etməli idi. Bunlardan biri “Qlobal qeyri-müəyyənlik şəraitində davamlı iqtisadi artım trayektoriyasına necə qayıtmaq olar?”, digəri isə “Kiberdələduzluq: hesabı kim ödəməlidir?” mövzusuna həsr olunmuşdu.

İqtisadi artımla bağlı paneldə maliyyə naziri Anton Siluanov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinin iştirakı nəzərdə tutulur. Maraqlıdır ki, onların adları proqramda qalır, yalnız Nabiullinanın adı siyahıdan çıxarılıb.


“RBC”-nin məlumatına görə, Mərkəzi Bank rəhbərinin forumda iştirak etməməsinin səbəbləri açıqlanmır. Nabiullinanın səlahiyyət müddəti 2027-ci ildə başa çatır və qanuna görə o, üçüncü müddətdən sonra vəzifəsini tərk etməlidir. Rusiyanın “The Bell” nəşri onun mümkün varisləri sırasında Prezident Administrasiyasının yüksək vəzifəli nümayəndəsi Maksim Oreşkini, “Promsvyazbank”ın rəhbəri Pyotr Fradkovu və “VTB” bankının rəhbəri Andrey Kostini göstərib.

Elvira Nabiullina's Failures Are Russia's Economic Disasters - The Moscow Times

Elvira Nabiullina son illərdə Rusiyanın iqtisadi sisteminin əsas simalarından biri hesab olunur. Qərb sanksiyalarının tətbiqindən sonra rublun sabitləşdirilməsi, maliyyə sisteminin qorunması və bank sektorunun fəaliyyətinin davam etdirilməsində onun mühüm rol oynadığı tez-tez vurğulanır.
Bir çox ekspertlər kimi, Rusiyanın ən böyük bankı olan “Sberbank”ın rəhbəri German Qref də Moskvanın sanksiyalar şəraitində iqtisadi dayanıqlığını qorumasında əsas fiqurlardan biri sayılır. Məhz buna görə Nabiullinanın PMEF kimi Kreml üçün vacib sayılan iqtisadi forumun proqramından qəfil çıxarılması Rusiya siyasi və iqtisadi dairələrində müxtəlif suallar doğurub./Musavat.com/