Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampı Moskvaya səfər etmək barədə dəvəti hələ də qüvvədədir. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyanat verib.
NOCOMMENT.az xəbər verir ki, Peskov Putinin Trampı Moskvada görməyə hər zaman şad olacağını vurğulayıb. Onun sözlərinə görə, Rusiya lideri hər dəfə Trampla telefon danışığı zamanı bu dəvəti xatırladır və onu Moskvada görmək istədiyini şəxsən ifadə edir.
Kreml rəsmisi əlavə edib ki, iki ölkə arasındakı münasibətlərin gələcəyi və dialoqun davam etdirilməsi baxımından belə bir görüşün baş tutması Moskva tərəfindən müsbət qarşılanır. Hələlik Vaşinqtonun bu mütəmadi dəvətə rəsmi cavabı və səfərin dəqiq vaxtı barədə məlumat verilmir.
Sara












