Tanınmış həkim çağırış etdi: Heç bir halda...

Tanınmış həkim çağırış etdi: Heç bir halda...

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayaraq, son vaxtlar Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradıldığını, dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntularının qeydə alındığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, kibercinayətkarlarına hədəfinə tuş gələnlərdən biri də tibb elmləri doktoru, professor, tanınmış ürək-damar cərrahı Kamran Musayev olub.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşımında bildirib.

"Son günlərdə mənim adım və soyadım istifadə olunaraq müxtəlif naməlum nömrələrdən sizə zəng edən, WhatsApp və ya Telegram vasitəsilə mesaj yazan dələduzlar peyda olub.

Bildirmək istəyirəm ki, mənim telefon nömrəm dəyişməyib.

Bu kimi hallarla qarşılaşsanız, heç bir halda cavab verməyin və dərhal məni məlumatlandıraraq hüquq-mühafizə orqanlarına müraciət edin",- o, paylaşımında qeyd edib.