Putin və Modi görüşündən İLK AÇIQLAMALAR – VİDEO

Putin və Modi görüşündən İLK AÇIQLAMALAR – VİDEO

Nyu-Dehlidə Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında baş tutan görüşdən sonra tərəflər birgə açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Modi bildirib ki, Rusiya və Hindistan iqtisadi əməkdaşlığı yeni səviyyəyə yüksəldir, enerji təhlükəsizliyi isə ikitərəfli tərəfdaşlığın vacib təməlidir.

O əlavə edib ki, tərəflər kritik minerallar sahəsində əməkdaşlıq edəcək, 30 günlük turist vizasız rejim layihəsi üzərində işləyirlər və Hindistan Ukraynada uzunmüddətli sülhün tərəfdarıdır, nizamlanma səylərinə dəstək verməyə hazırdır.

Putin isə 2025-ci ildə Rusiya–Hindistan ticarət dövriyyəsinin 64-65 milyard dollar səviyyəsində qalacağını, milli valyutaların payının ticarət əməliyyatlarında 96%-ə çatdığını bildirib.

O, Hindistanın sürətlə inkişaf edən iqtisadiyyatı üçün yanacağın fasiləsiz təminatına hazır olduqlarını, həmçinin kiçik modul reaktorlar və üzən AES-lərin tikintisi üzrə müzakirələrə açıq olduqlarını vurğulayıb.

Eyni zamanda, tərəflər Hindistan ilə İEƏK arasında azad ticarət zonası və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edir.