Rusiya prezidenti Vladimir Putinin səlahiyyət müddəti 2036-cı ildə başa çatır.
Ancaq İngiltərənin “The Times” qəzeti iddia edir ki, Kremildə hakimiyyət gözləniləndən daha tez başa çata bilər.
NOCOMMENT.az xəbər verir ki, nəşr bu iddiasını Ukrayna ilə müharibənin yaratdığı iqtisadi və sosial təzyiqlərin Rusiyanın siyasi gələcəyi ilə bağlı qeyri-müəyyənlikləri dərinləşdirməsi ilə əlaqələndirib.
“PUTİN DAHA TEZ-TEZ SIĞINACAQLARA GEDİR”
Məqalədə bildirilir ki, Avropa kəşfiyyat mənbələrinə əsaslanan qiymətləndirmələr Kreml daxilində çevriliş və ya sui-qəsd ehtimalının müzakirə edildiyini deməyə əsas verir.
İddia olunur ki, təhlükəsizlik tədbirləri artırılıb, yüksək rütbəli məmurların ünsiyyəti məhdudlaşdırılıb, Putin isə daha tez-tez sığınacaqlarda qalır.
Bu hadisələrin İranın dini lideri Əli Xamneyinin öldürülməsindən sonra artan təhlükəsizlik narahatlıqları ilə əlaqəli olduğu düşünülür. Xamneyinin öldürülməsindən sonra Moskvada internet xidmətlərinin məhdudlaşdırıldığı bildirilib.
"250.000 KAMERA" TARAFINDAN İZLƏNİLMƏK QORXUSU
Məlumata görə, bu addım İsrailin İran rəsmilərinin hərəkətlərini müşahidə kameraları vasitəsilə izləyə bilməsi xəbərindən sonra atılıb. Bildirilib ki, Moskvada təxminən 250 min müşahidə kamerasının olması Kremldə Putinin hərəkətlərinin izlənilə biləcəyi ilə bağlı qorxuları artırıb. Materialda həmçinin Rusiya daxilində narazılıq əlamətlərinə də diqqət çəkilib. Qeyd olunub ki, rəsmi sorğular Putinə dəstəyin azaldığını göstərir, bəzi müxalifət nümayəndələri isə mövcud şəraitdə hakimiyyəti uzun müddət saxlamağın çətin olduğunu iddia edirlər. Keçmiş parlament üzvləri və siyasi xadimlər iqtisadi problemlər dərinləşdikcə ictimai narazılığın arta biləcəyini deyiblər.
ÖMRÜ UZATMAQ YOLLARI
Xəbərdə o da qeyd olunur ki, Putin Çin prezidenti Si Cinpinlə görüşündə yaxın gləcəkdə ömrün necə uzadılacağından danışıb. Putin daha əvvəl demişdi ki, biotexnologiya insan ömrünü uzada və “ölümsüzlüyə” gətirib çıxara bilər.
“The Times”ın materialı belə yekunlaşır: Ekspertlərin fikrincə, Putin sağlamlığı icazə veridiyi təqdirdə ömürlük hakimiyyətdə qalacaq.\\bakupost











