Riad Rəfiyev cərimələndi

Riad Rəfiyev cərimələndi

AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10000 manat cərimələyib.

NOCOMMENT.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, buna "Kəpəz"ə qarşı keçirdikləri Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.

2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun "Kəpəz" – "Sumqayıt" oyunu bitdikdən sonra "Sumqayıt" komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 5000 manat cərimə edilsin (maddə 51.1);

2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun "Kəpəz" – "Sumqayıt" oyunu bitdikdən sonra "Sumqayıt" komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 5000 manat cərimə edilsin (maddə 87.1, 19);

Bizim Telegram səhifəsinə abunə olun