Rusiya yumşalır? – Zaxarovanın “danışıqlar” mesajının şifrələri

Rusiya yumşalır? – Zaxarovanın “danışıqlar” mesajının şifrələri

Rəsmi Moskva deyəsən Ukrayna məsələsindəki mövqeyində dəyişiklik etmək qərarına gəlib.

Ən azından Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlaması belə ehtimallar irəli sürməyə əsas verir.

Zaxarova Rusiyanın Ukrayna məsələsi ilə bağlı nəticə verəcək danışıqlara hazır olduğunu bəyan edıb.

"Əlbəttə ki, Rusiya rəhbərliyinin həmişə vurğuladığı kimi, biz danışıqlar prosesinə, real təsirə, real nəticəyə səbəb olacaq əlaqələrə açığıq", - deyə o qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, bu açıqlamanın Ukraynanın yaratdığı son reallıqlar fonunda səsləndirilməsi maraq doğurur:

“Rusiya tərəfindən Ukrayna məsələsilə bağlı hər zaman belə diplomatik qabarma və çəkilmələri müşahidə edirik. Zaxarovanın son açıqlamasına gəldikdə bu, daha çox Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsi, ölkənin mərkəzi şəhərləri, hətta paytaxtı belə təhdid etməsi fonunda verilən bir yanaşmadır. Yəni bu açıqlama Ukraynanın yaratdığı son reallıqlar fonunda səslənir.

Putinin bir qədər əvvəl Trampla telefon danışığında da Ukraynanın hücumlarının səngiməsi və münasibətlərin masaya daşınmasına çalışılırdı”.

Ekspert hesab edir ki, indiki reallıqda Ukrayna daha güvənli görünür və masaya əlidolu getməyə çalışır:

“Rusiya isə taqətdən düşmüş vəziyyətdə masa axtarışındadır. Moskva belə vəziyyətdə ya taktiki nüvə silahlarından istifadə etməlidir. Ya da müharibə daha böyük itkilərə gətirib çıxaracaq. Çünki Ukraynanın müqaviməti güclənib”.

Digər tərəfdən hömsöhbətimizə görə, Rusiya belə yanaşmaları ilə həm də müharibədə bu vaxta qədər yaratdığı reallığı legitimləşdirməyi düşünür:

“Ancaq Kiyev bunu qəbul etməyəcək. Məsələ sahədə həll olunacaq. Diplomatik masa indiki hal üçün keçərli deyil”.\\bakupost

Bizim Telegram səhifəsinə abunə olun