Qırğızıstan Parlamentinin sədri istefa verdi

Qırğızıstan Parlamentinin sədri istefa verdi

Qırğızıstan Parlamentinin sədri Nurlanbek Şakiyev cümə axşamı keçirilən iclasda istefa verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

O bunun şəxsi qərarı olduğunu və kənar təzyiq olmadığını bildirib. “Mən xalqa, dövlətə və parlamentə xidmət edirəm, bir və ya iki şəxsə deyil”, – deyə spiker vurğulayıb.

Şakiyev VIII Parlamentin sədri kimi 2025-ci il dekabrın 17-də seçilmişdi və əvvəlki çağırışda da parlamentə rəhbərlik edib. Onun istefası Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsindən sonra mətbuatda geniş müzakirə olunurdu, amma Parlament bu məlumatı təksib etmişdi.