Qızı qaçırılan ata dəhşət saçdı: oğlanın atasını və qardaşını güllələdi

Qızı qaçırılan ata dəhşət saçdı: oğlanın atasını və qardaşını güllələdi

Adananın Kozan rayonunda, iki il əvvəl qızının qaçırılmasından sonra digər ailəyə qarşı kin saxlayan ata E.K. yolda kürəkəninin atası və böyük qardaşı ilə qarşılaşdıqda onları ov tüfəngi ilə vuraraq öldürüb.

NOCOMMENT.az xəbər verir ki, iki il əvvəl Adananın Kozan rayonunda baş verən adam oğurluğu hadisəsi üzündən mübahisəyə başlayan ailələr arasında baş verən qarşıdurma qan tökülməsi ilə nəticələnib. E.K. yolda rastlaşdıqları 55 yaşlı Ali Ersoyu və oğlu 29 yaşlı Ömər Ersoyu ov tüfəngi ilə güllələyərək öldürüb.

Hadisə axşam saatlarında Kozan rayonunun Aydın məhəlləsində baş verib. İddiaya görə, Əli Ərsoyun oğlu Y.E. iki il əvvəl E.K.nın qızı ilə qaçaraq evlənib və bu, iki ailə arasında düşmənçiliyə səbəb olub.


Dünən axşam ot bağlamaları ilə yüklənmiş traktor sürən ata Əli Ərsoy və oğlu Ömər Ərsoy yolda E.K. ilə qarşılaşıblar. Traktordan düşən ata və oğul ilə E.K. arasında mübahisə yaranıb və bu, sürətlə qızışıb. Qəzəbdən boğulan E.K. üzərindəki ov tüfəngi ilə ata və oğula atəş açıb. Bəyin atası hadisə yerində, qardaşı isə xəstəxanada ölüb.//Lent.az