Raket kompleksləri Məkkə ətrafına gətirildi - Nə baş verir?

Raket kompleksləri Məkkə ətrafına gətirildi - Nə baş verir?

Səudiyyə Ərəbistanı Krallığı builki Həcc ziyarəti dövründə müqəddəs məkanların və zəvvarların təhlükəsizliyini maksimum səviyyəyə qaldırıb. Krallığın hərbi strukturları potensial hava təhdidlərinə qarşı ən müasir sistemlərini işə salıb.

NOCOMMENT.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Həcc ziyarətinin təhlükəsizlik tədbirləri çərçivəsində Məkkə şəhərinin ətrafında yerləşdirilən zenit-raket sistemlərinin (ZRS) döyüş mövqelərini əks etdirən rəsmi videoçarx yayımlayıb.

Yayımlanan videogörüntülərdə müqəddəs şəhərin strateji nöqtələrində, dağlıq ərazilərdə və şəhərə giriş yollarında hava məkanını fasiləsiz nəzarətdə saxlayan hava hücumundan müdafiə (HHM) sistemləri, o cümlədən raket kompleksləri və radarlar nümayiş etdirilib. Hərbi rəsmilər bu addımın zəvvarların təhlükəsizliyini tam təmin etmək və hər hansı bir kənar hərbi və ya terror təhdidinin, o cümlədən PUA hücumlarının qarşısını dərhal almaq məqsədi daşıdığını bildiriblər.

Qeyd edək ki, hər il dünyanın dörd bir yanından milyonlarla müsəlmanın axın etdiyi Həcc mövsümündə Səudiyyə Ərəbistanı həm quruda, həm də havada ən yüksək səviyyəli mühafizə protokollarını tətbiq edir. Müdafiə Nazirliyinin bu nümayişi krallığın daxili və xarici təhlükəsizlik risklərinə qarşı tam hazırlıqlı olduğunun mesajı kimi qiymətləndirilir.

Sara