İranda etiraz aksiyaları zamanı Bəsic bazaları və polis bölmələrinin yaxınlığında baş verən atışmalar nəticəsində nümayişçilər həlak olub.
NOCOMMENT.az xəbər verir ki, ümumilikdə isə ölkə üzrə ölənlərin sayının minlərlə olduğu bildirilir.
Bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri İbrahim Əzizi açıqlama verib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Bəsic obyektləri və hüquq-mühafizə orqanlarının binaları qarşısında toplaşan etirazçılara qarşı “müqavimət göstərib”. Əzizi əlavə edib ki, hakimiyyət orqanları hələ də qurbanların dəqiq sayını müəyyənləşdirir və bu rəqəmlər yoxlamalardan sonra açıqlanacaq.
İbrahim Əzizi, həmçinin ABŞ Prezidenti Donald Trampı etirazçılara dəstək verməsinə görə tənqid edib, onu “özünəvurğun” və “reallıqdan uzaq” adlandırıb.
Bununla yanaşı, İranın cənub-qərbində yerləşən Behbəhan şəhərində çalışan tibb işçisi Iran International nəşrinə bildirib ki, ilkin məlumatlara əsasən, 8–9 yanvar tarixlərində baş verən etirazlar zamanı 40–50 nəfər göz nahiyəsindən yaralanıb.
Aliyə











