Şirkətlər “Kapital Bank”dan pullarını geri çəkir - 158 milyonluq itki

Şirkətlər “Kapital Bank”dan pullarını geri çəkir - 158 milyonluq itki

“Kapital Bank” 2026-cı ilin ilk yarısı üzrə maliyyə hesabatını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, əsas diqqətçəkən məqamlardan biri bankın depozit portfeli ilə bağlıdır.

Hesabata görə, 2026-cı il iyunun 30-na bankda hüquqi şəxslərin depozitlərinin cəmi həcmi 6 mlrd. 243,023 mln. manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 6 mlrd. 401,027 mln. manat olub. Beləliklə, korporativ depozit portfeli illik müqayisədə 158 mln. manat və ya 2,5% azalıb.

Buna baxmayaraq, fiziki şəxslərin depozit portfeli artıb. Belə ki, əhalinin əmanətləri son bir ildə 3 mlrd. 76,326 mln. manatdan 3 mlrd. 708,218 mln. manata yüksəlib. Ümumilikdə bankın depozit portfeli 9 mlrd. 477,352 mln. manatdan 9 mlrd. 951,241 mln. manata çatıb. Bu isə illik müqayisədə 473,89 mln. manat və ya 5% artım deməkdir.

Hesabata görə, bankın aktivləri də artaraq 12 mlrd. 714,118 mln. manatdan 13 mlrd. 271,814 mln. manata yüksəlib. Kredit portfeli (ehtiyatlar çıxılmaqla) 4 mlrd. 752,590 mln. manatdan 5 mlrd. 262,113 mln. manata çatıb ki, bu da 509,523 mln. manat və ya 10,7% artım deməkdir.

Bankın öhdəlikləri illik müqayisədə 11 mlrd. 608,803 mln. manatdan 11 mlrd. 932,798 mln. manata, kapitalı isə 1 mlrd. 105,315 mln. manatdan 1 mlrd. 339,016 mln. manata yüksəlib.(plat.az)