Təbriz şəhərində küçədə xarici markalı avtomobilin keçməsini gözləyən və sığorta pulu (qan pulu) almaq məqsədilə qəsdən özünü maşınların altına atan şəxsin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə və narazılığa səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə yerində olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınan kadrlardan həmin şəxsin xüsusi olaraq bahalı və ya xarici avtomobilləri hədəf seçdiyi aydın görünür.
O, sürücüləri və ətrafdakıları çıxılmaz vəziyyətə salaraq qanunsuz yolla qazanc əldə etməyə çalışıb.
Sara,
NOCOMMENT.az











