TikTok-da ilk dəfə baş verdi - Məbləğ sizi şoka salacaq -  VİDEO

TikTok-da ilk dəfə baş verdi - Məbləğ sizi şoka salacaq - VİDEO

Sosial şəbəkələrdə TikTok-un "battle" (canlı yayım döyüşü) formatı zamanı qeydə alınan görüntülər böyük müzakirələrə və haqlı narazılığa səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, canlı yayımların birində izləyicilər tərəfindən yayımçıya birtək dəfəyə 5 milyon qəpik (coins) göndərilib. Azərbaycan manatına çevirdikdə bu məbləğ təxminən 105.000 manat təşkil edir.

Cəmi bir neçə dəqiqə ərzində bu cür astronomik məbləğlərin havaya sovrulması sosial şəbəkə istifadəçilərinin sərt qınağına tuş gəlib.

İzləyicilər haqlı olaraq sosial şəbəkələrdə hər gün maddi çətinliklərdən, pulsuzluqdan gileylənən bəzi şəxslərin bir gecəyə belə nəhəng məbləğləri virtual hədiyyələrə xərcləməsini tənqid edib, bunun ciddi sosial ziddiyyət yaratdığını vurğulayıblar.