Rusiyanın Zabaykalye diyarının Moqoça şəhərində azərbaycanlı qadın azyaşlı oğlu üçün kabab bişirmək məqsədilə tonqal qaladığına görə məsuliyyətə cəlb olunub.
NOCOMMENT.az xəbər verir ki, Zabaykalye Meşə Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yandırılan tonqal yanğın təhlükəsi yaratmaqla yanaşı, həm də uşağın həyatı üçün riskli hesab edilib. Hadisə yerində xüsusi yanğın əleyhinə rejimin pozulması faktını sübut etmək mümkün olmasa da, qadın barəsində valideynlik vəzifələrini yerinə yetirməmə maddəsi ilə protokol tərtib edilib.
Bundan əlavə, yanğın təhlükəsizliyi tələblərinin pozulması faktı ilə bağlı toplanmış materiallar müvafiq qərar qəbul edilməsi üçün dövlət yanğın nəzarəti orqanlarına göndərilib.
Sara,
NOCOMMENT.az












