Rusiyada bu da qadağan edildi - Heç kimə icazə verilmir

Rusiyada bu da qadağan edildi - Heç kimə icazə verilmir

Rusiyada yanacaq böhranı dərinləşməkdə davam edir. Son məlumatlara görə, Moskva vilayətində fəaliyyət göstərən bir sıra iri yanacaqdoldurma məntəqələrində (YDM) yanacaq satışına sərt məhdudiyyətlər tətbiq olunub.

NOCOMMENT.az xəbər verir ki, "Qazpromneft", "Lukoyl" və "Teboil" şəbəkələrinə məxsus məntəqələrdə bir avtomobilə maksimum 30 litr benzin satılır. Bununla yanaşı, yanacağın kanistrlərə (əlavə qablara) doldurulması tamamilə qadağan edilib.

Ekspertlər və yerli mətbuat bu addımları bazarda yaranan ajiotajın qarşısını almaq və yanacaq ehtiyatlarını qorumaq zərurəti ilə izah edirlər. Qeyd edək ki, artıq Rusiyanın 20-dən çox bölgəsində oxşar məhdudiyyətlər qüvvədədir. Yanacaq böhranının əsas səbəbi kimi Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl dron zərbələri göstərilir. Bu hücumlar nəticəsində Rusiyanın yanacaq istehsalı gücünün əhəmiyyətli dərəcədə azaldığı və logistik zəncirin pozulduğu bildirilir.

Rusiya Prezidenti Vladimir Putin daxili bazardakı vəziyyəti "çətin, lakin nəzarət altında" kimi xarakterizə edərək, yanacaq ehtiyatlarından istifadəyə başlandığını təsdiqləyib. Hökumət, həmçinin bazarı sabitləşdirmək üçün dizel yanacağının ixracına tam qadağa qoyulması və istehsalın artırılması istiqamətində tədbirlər görür. Lakin yerlərdən gələn məlumatlar böhranın hələ də davam etdiyini və bir çox regionda yanacaq çatışmazlığının yaşandığını təsdiqləyir.

Sara,

NOCOMMENT.az