Xroniki orqan çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır.
"Xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilmişdir. Vəziyyəti ağır stabildir. Kompleks müalicəsi davam edir", - Mərkəzi Klinikanın məlumatında deyilir. /APA











