ABŞ və İran arasında imzalanması gözlənilən tarixi sülh sazişi ərəfəsində Yaxın Şərqdə yaranan son hərbi-siyasi gərginlik fonunda Rusiya regional aviasiya təhlükəsizliyi ilə bağlı təcili tədbirlərə əl atıb. Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Federal Agentliyi ("Rosaviasiya") İrana reallaşdırılan uçuşlara dair sərt məhdudiyyətlər tətbiq edib.
NOCOMMENT.az "Sputnik" agentliyinə istinadən xəbər verir ki, "Rosaviasiya" Rusiya aviaşirkətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə növbəti 10 gün ərzində İran İslam Respublikası istiqamətində gecə və səhər saatlarında uçuşların həyata keçirilməsini tamamilə qadağan edib. Rəsmi qərara əsasən, bu məhdudiyyət iyunun 14-dən iyunun 24-dək olan dövrü əhatə edəcək.
Məlumata görə, Rusiya hava limanlarından İranın hava limanlarına uçuşlar göstərilən tarixlərdə Bakı vaxtı ilə saat 23:00-dan ertəsi gün saat 11:00-dək aviaşirkətlər üçün qəti şəkildə qadağandır.
Sara,











