Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Koçəryan Antikorrupsiya Komitəsinə çağırılıb.
NOCOMMENT.az xəbər verir ki, sabiq prezident ona qarşı açılan yeni cinayət işinin təfərrüatlarını bir neçə erməni mediasına verdiyi müsahibədə açıqlayıb.
Koçəryan işi "absurd" adlandıraraq bildirib ki, istintaqın əsasında yalnız bir fakt dayanır: bu da onun 2004-cü ildə hökumətin qərarını ratifikasiya etməsi ilə bağlıdır.
"Budur, bütün məsələ bundan ibarətdir. Konstitusiyada isə ratifikasiyadan imtina etmək variantı ümumiyyətlə nəzərdə tutulmayıb", - deyə siyasətçi vurğulayıb.
Əli Səfərli,
NOCOMMENT.az










