"Avroviziya" mahnı müsabiqəsinin direktoru Martin Qrin Rusiyanın Ukraynadakı müharibə başa çatmamışdan əvvəl də yarışmaya qayıtmasının mümkün olduğunu istisna etməyib.
NOCOMMENT.az xəbər verir ki, LBC kanalına müsahibə verən Qrin Rusiyanın müsabiqədən kənarlaşdırılmasının birbaşa hərbi müdaxilə ilə bağlı olmadığını iddia edib.
Direktorun sözlərinə görə, bu qərar Rusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinin (Vgtrk) Avropa Yayım İttifaqının rəsmi rəyinə əsasən, Kremldən tam müstəqil olduğunu sübut edə bilməməsi səbəbindən qəbul edilib.
Martin Qrin həmçinin əlavə edib ki, oxşar etirazlara baxmayaraq, İsrailin müsabiqədən kənarlaşdırılması məsələsində, Rusiyadan fərqli olaraq, hələlik hər hansı "qlobal konsensus" əldə olunmayıb.
Sara,
NOCOMMENT.az












