ABŞ Prezidenti Donald Tramp Avropa dövlətlərinə xəbərdarlıq edərək bildirib ki, Amerika korporasiyalarının rəqəmsal xidmətlərinin vergiyə cəlb edilməsi planlarına cavab olaraq, onların mallarına yüksək idxal rüsumları tətbiq edilə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"Bir sıra Avropa ölkələri yaxın vaxtlarda ABŞ-nin rəqəmsal şirkətləri üçün rüsumun tətbiqini müzakirə edir. Onlardan bəziləri artıq bu tədbiri həyata keçirməyə yaxındır. Bu ismarış xəbərdarlıq kimi qəbul edilməlidir: belə bir vergi tətbiq edən hər bir dövlət dərhal ABŞ-yə ixrac etdiyi bütün mallara görə 100 faizlik rüsumla üzləşəcək", - deyə Tramp bəyan edib.
Onun sözlərinə görə, bu tariflər sözügedən ölkələrlə mövcud olan ticarət sazişlərinin əvəzinə qüvvədə olacaq.
O, həmçinin vurğulayıb ki, ABŞ şirkətlərinə vergi qoyulan kimi 100 faizlik rüsumlar dərhal qüvvəyə minəcək.










